Azərbaycan “Wikipedia”sındakı problemi necə həll etmək olar?backend

Azərbaycan "Wikipedia"sındakı problemi necə həll etmək olar?

“Bu dəfə dövlət qurumuna arxayın olmağa dəyməz, çünki qaydalara görə onlar “Wikipedia”ya şikayət verə bilməz”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz özünün “Facebook” hesabında yazıb.

O, sözügedən platformada problemin necə həll olması ilə bağlı təkliflərini yazıb:

“Onu qeyd etməliyəm ki, qlobal informasiya mənbəyi kimi Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında, ölkəmizin maraqlarının qorunmasında və informasiya müharibəsində əldə etdiyi uğurlarda bizim “wikipedia” mühüm rol oynayıb. Doğrudur, resurslarımız burada yetərli deyil, amma qeyd olunan sahədə bu qlobal platformanın oynadığı rol müzakirə predmenti ola bilməz. Şühbəsizdir ki, ictimai əsaslarla, pulsuz, qeyri-kommersiya yönümlü fəaliyyət göstərən vikipedianın ölkə icmasının bu sahədə rolu böyük olub”.

Ekspert platforma idarəçiləri arasında ciddi fikir ayrılığı olduğunu yazıb:

“Baş verənlər onu göstərir ki, “Azwiki” icmasında idarəçilər arasında ciddi fikir ayrılığı var. Yəni, belə demək mümkünsə, “tərəflər” formalaşıb. Və bütün bunlar da sonda Azərbaycan üçün strateji əhəmiyyəti olan məsələlərdə (məqalələrin statusunun müəyyən edilməsi, şəhidlərin səhifələrinin silinməsi, alimlərin səhifələrinin silinməsi və s.) özünü göstərməyə başlayıb. Düşünürəm ki, böhranın dərinləşməsindənsə, qlobal resursdan Azərbaycan maraqları üçün daha effektiv istifadə etmək üçün problemi sivil yollarla qaydalara uyğun həll etmək lazımdır. Xatırlayıram ki, Türkiyədə PKK ilə bağlı məqalələrdə, Ukrayna-Rusiya müharibəsi ilə bağlı məqalələrdə, İsrail və Fələstin müharibəsi ilə bağlı məsələlərdə oxşar situasiya yaranmışdı. Bu problemlər isə zamanında Wikipediada ən yuxarı səviyyədə həll olunub. “Wikipedia İcma Portalı” və Arbitraj Komitəsi adlanan qurumlar məhz bu tip problemlərin həllinə cavabdehdir”.

Osman Gündüz problemin həll yolunu da yazıb:

“Azərbaycan dilindəki vikipediada hələlik ayrıca Arbitraj Komitəsi təəssüf ki, qurulmayıb. Amma digər dillərdə olan, məsələn ingilisdilli vikipedianın Arbitraj Komitəsinə şikayət etmək məqbuldur. Onlar arqumentləri nəzərdən keçirib, qaydalara uyğun olmasını araşdırır və yekun qərar qəbul edir. Təklif edərdim ki, ləngimədən idarəçilərdən və ya istifadəçilərdən adı çəkilən qurumlara müraciətlər edilsin. Yeri gəlmişkən, xatırladıram ki , dövlət qurumlarının, şirkətlərin və QHT-lərin birbaşa Arbitraja müraciət etməsi Wikipedia qaydalarına ziddir. Gərək adı çəkilən qurumlar hansısa istifadəçi və ya idarəçinin vasitəsilə yuxarda adı çəkilən qurumlara müraciət ünvanlasın”.

Məlik, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*