Xankəndiyə qazın verilməsi DAYANDIRILDI – Vardanyandan qondarma “Artsax” əhalisinə TƏLAŞLI MÜRACİƏT backend

Xankəndiyə qazın verilməsi DAYANDIRILDI - Vardanyandan qondarma "Artsax" əhalisinə TƏLAŞLI MÜRACİƏT 

Artıq bir neçə gündür ki, çox ciddi böhran vəziyyətindəyik, Azərbaycan artıq qazın verilişini dayandıraraq bizə qarşı “qeyri-insani” münasibətini bu gün də davam etdirir.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma quruma Rusiyanın təlimatı ilə göndərilmiş və “dövlət naziri” təyin olunmuş Ruben Vardanyan Facebook səhifəsində canlı yayımda bildirib.

“Bu o deməkdir ki, biz bütün enerji xərclərimizdə qənaətcil olmalıyıq. Həyat tərzimizi qorumaq üçün hər şeyi etməliyik, lakin digər tərəfdən böhranın hamımız üçün reallığa çevrildiyi aydındır” – deyə Vardanyan bildirib.

Qondarma rejim rəhbəri daha sonra müraciətini belə davam etdirib:

“Biz hamımız mübarizəyə hazırıq. Bu vəziyyətdə “Artsax”lıların kim olduğunu, bütün çağırışlara necə müqavimət göstərdiyini və heç kimdən qorxmadığını göstərmək lazımdır. Bəli, çətin olacaq, amma hamımız “qalib” gələcəyik”  – deyə Vardanyan sərsəmləyib.

O, qondarma “Artsax” əhalisini güclü olmağa və bu vəziyyətdən çıxa biləcəklərinə inanmağa çağırıb.

“Biz məktəbləri bağlamalıyıq. Sabahdan odun sobası ilə qızdırmaq imkanı olmayan məktəb və universitetlər işləməyəcək. Zəhmət olmasa diqqətli olun, çünki bu vəziyyətin nə qədər davam edəcəyini bilmirik” – Vardanyan bildirib.

Onun heç bir məntiqə uyğun olmayan fikrinə görə, Azərbaycanlılar böyük səhvə yol verib.

“Bu variantla Azərbaycanlılar heç kimə sübut edə bilməzlər ki, biz onlarla birləşib nə isə edə bilərik”, – deyə Vardanyan çərənləyib.

Günel Mikayılova,

KONKRET.az

  • Ofeliya
    Dekabr 14, 2022 - 22:44

    Zgörün kim qeyri insanlıqdan qarışır həmvətənlərimiz revanşistlərin biridə artdı o da yalanın böyüyünü danışıb qeyri insani erməni xislətlilərin canındakı tarix boyu etdikləri qeyri insani hərəkətlərini yazılsa toylara kitab yazmaq olar hal hazırda ölkəmizin torpaqlarında yerləşən ölkəmizin malı olan mədənlərimizdən rəngli filizləri çıxararaq xaricdə oturan oğru başçılsrı ilə eləvədə sühməramlıların yüksək rütbəlilərin razılığı ilə kor koranə oğurlayaraq flora faunamıza terrorcssına ziyan vururlar buna deyərlər qeyri insanı hərəkət vəhşilik…
    Bu 30 ildə mütümafi olaraq qeyri insani hərəkətlərin sayı bərabəri dünyada göstərilməyib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*