Azərbaycan xaricdən benzini bu qiymətə alır – RƏSMİbackend

Azərbaycan xaricdən benzini bu qiymətə alır - RƏSMİ

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 85 min 680,8 ton “Aİ-95” (“Premium”) markalı benzin idxal edilib.

KONKRET.az yeniavaz.com-un apardığı hesablamaya istinadən xəbər verir ki, Azərbaycanın xaricdən idxal etdiyi “Aİ-95” markalı benzinin miqdarı təxminən 2 dəfəyə yaxın artıb. Belə ki, ötən ilin ilk 7 ayında Azərbaycana 48 min 450,3 ton “Aİ-95” markalı benzin gətirilib.

Məlumat üçün bildirək ki, ötən ilin ilk 7 ayı ərzində ölkəyə idxal olunan “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri 44 sent (75 qəpik), bu ilin ilk 7 ayında idxal olunan benzinin 1 litrinin gömrük dəyəri isə 53 sent (90 qəpik) olub.

Rəqəmlərdən də göründüyü kimi 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin yanvar-iyul aylarında idxal edilən “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri 20% artıb.

Onu da qeyd edək ki, iyul ayının əvvəlində Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti 1,20 manatdan 1,45 manata, iki gün əvvəl isə 1,45 manatdan 1,60 manata yüksəlib. Son 2 ayda “Aİ-95” markalı benzinin qiyməti 33% bahalanıb.

  • Sərdar
    Sentyabr 19, 2021 - 17:21

    Təkcə benzin deyil, ümumiyyətlə olkədə istehsal olmayan hər hansı məhsula idxal zamanı gömrük rüsumu tutumamalıdır. Ölkədə istehsal olunan məhsulların ixracı zamanı gömrük rüsumu tutula bilər ki bunun da məntiqi cavabı var. Respublikada bolluq olsun ucuzluq olsun. Ancaq indiki halda görük….

Sərdar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*