Çinin Honkonq əyalətinin Tay Po şəhərində baş verən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan faciəli yanğından dərin kədər hissi keçiririk.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial şəbəkə hesablarındakı paylaşımında bildirib.
“Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralılara tezliklə sağalmalarını arzulayırıq. Bu çətin dövrdə düşüncələrimiz Çinin Honkonq əyalətinin xalqı ilədir”, – paylaşımda vurğulanıb.
