“Azərbaycan xoşməramlı jest etdi” – Paşinyanbackend

"Azərbaycan xoşməramlı jest etdi" - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan “X” hesabında Azərbaycanla ölkəsi arasında hərbçilərin qarşılıqlı azad edilməsi barədə razılaşma ilə bağlı paylaşım edib.

KONKRET.az xəbər verir ki, o, bu addımı humanizm kimi dəyərləndirib.

“Humanizm dəyərlərinə əsaslanan və xoşməramlı jest olaraq Azərbaycan tərəfi 32 erməni hərbi qulluqçusunu azad edir. Öz növbəsində Ermənistan tərəfi də 2 Azərbaycan hərbi qulluqçusunu azad edir”, – deyə Paşinyan bildirib.

Qeyd edək ki, razılaşmaya əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov azad ediləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*