Azərbaycana bahalaşma dalğası gəlirbackend

Azərbaycana bahalaşma dalğası gəlir

İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda bütün sahələr üzrə, xüsusilə, ərzaq sahəsində bahalaşma dalğasının gələcəyinə dair sosial şəbəkələrdə verilən proqnozlara aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, ekspert pravda.az-a açıqlamasında deyib ki, istənilən sahədə qiymət artımını sosial şəbəkələr müəyyənləşdirmir.

“Sosial şəbəkələrdəki insanlar gündəlik həyat tərzlərinə görə məsələyə belə yanaşırlar. Halbuki qiymət artımının konkret səbəbləri var. Azərbaycanda ciddi inflyasiya mövcuddur. Öz ərzaq məhsullarımızla özümüzü təmin etmək problemdir. Qeyri-ərzaq məhsulları, xüsusilə, dərman preparatları ilə bağlı xaricdən böyük asılılıq var. Digər tərəfdən hökumətin atdığı addımların da təsiri az deyil. Bəzi kommunal xidmətlərin, nəqliyyatda gedişhaqqının artırılması inflyasiyaya təsir göstərən amillərdir. İnflyasiya artıqca iş adamları itirdikləri vəsaiti qiymətlərin üzərinə gəlirlər. Belə halda təbii olaraq bahalaşma olur. İlin sonu, gələn ilin əvvəli, doğrudan da, Azərbaycanda qiymət artımı dalğası gözləniləndir”, – N.Cəfərli bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*