Azərbaycana ən çox hansı ölkələrdən məhsul gətirilir?backend

Azərbaycana ən çox hansı ölkələrdən məhsul gətirilir?

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30 milyard 653,2 milyon ABŞ dolları olub.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

İxracın dəyəri 23 milyard 159,4 milyon dollar, idxalın dəyəri 7 milyard 493,8 milyon dollar təşkil edib. Nəticədə 15 milyard 665,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Məlumatda deyilir ki, 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 71,7 faiz, real ifadədə isə 7,2 faiz artıb. İxrac real ifadədə 12,3 faiz artıb, idxal isə 2,3 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 90,6 faizi İtaliya, Türkiyə, Rusiya, Hindistan, Çin, İsrail, Birləşmiş Krallıq, Yunanıstan, Almaniya, Çexiya, Xorvatiya, Gürcüstan, İspaniya, Ukrayna, Portuqaliya, İsveçrə, Qazaxıstan, Tunis, ABŞ, Vyetnam, İran, Tailand və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərində payı olan ölkələr:

Rusiya – 18,7 faizi

Türkiyə –16,2 faizi

Çin – 14,9 faiz

Almaniya – 4,4 faiz,

Qazaxıstan – 4,2 faiz,

İran – 3,5 faiz,

ABŞ – 3,2 faiz,

İtaliya – 2,3 faiz,

Ukrayna və Yaponiya – hər biri 2,0 faiz

Türkmənistan və Koreya -hər biri 1,9 faiz,

Britaniya və Fransa – hər biri 1,8 faiz

Hindistan -1,6 faiz,

Belarus – 1,1 faiz,

Özbəkistan və Braziliya – hər biri 1 faiz

Gürcüstan və İndoneziya – hər biri 0,9 faiz

Polşa və Vyetnam -hər biri 0,8 faiz

13,1 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

İdxal olunan malların 63,5 faizini avtomobil, 18,5 faizini dəmir yolu, 10,6 faizini hava, 6,8 faizini dəniz nəqliyyatı ilə gətirilib. 0,6 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*