Azərbaycana ət idxalı ARTIBbackend

Azərbaycana ət idxalı ARTIB

Bu ilin yanvar-aprel aylarında 14,2 min ton ət idxal edilib.

KONKRET.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, idxal edilən ətin dəyəri 24,9 milyon dollar olub.

Bildirilib ki, ötən ilin eyni dövründə dəyəri 21,1 milyon dollar olmaqla 12,2 min ton ət idxal edilib.

Hesabat dövründə süd və qaymaq idxalında artım olub. Belə ki, dörd ayda 4050 ton süd və qaymaq idxal edilib. İdxalın dəyəri 8,9 milyon dollar olub. Ötən ilin müvafiq dövründə dəyəri 5,6 milyon dollar olan 3840 ton süd idxalı həyata keçirilib.

Kərə yağı və süddən hazırlanmış digər yağlarının idxalında isə azalma olub. Bu müddətdə 6197 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib ki, bunun dəyəri 34,4 milyon dollar olub. Ötən il 39,8 milyon dollarlıq 7250 ton kərə yağı və süddən hazırlanmış digər yağların idxalı həyata keçirilib.

Bitki və heyvan mənşəli piylər və yağların idxalında da azalma baş verib. Hesabat dövründə 41,9 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib. İdxalın dəyəri 59,2 milyon dollar təşkil edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*