Bu ilin mayında Azərbaycana 244 079 əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Məlumata görə, bu, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 808 nəfər və ya 2% çoxdur.
Bu ilin yanvar-may ayılarında isə Azərbaycana 979 963 əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 408 nəfər və ya 1.5% çoxdur.
Cari ilin may ayında Azərbaycana ən çox turist Rusiyadan gəlib. Sözügedən ölkədən Azərbaycana səfər edənlərin sayı 62 809 nəfər olub ki, bu da 1 il əvvələ nisbətən 9% azdır. Siyahıda ikinci pillədə 41 299 nəfər (illik müqayisədə 10% artım) göstərici ilə Türkiyə, üçüncü yerdə isə 23 326 nəfər (illik müqayisədə 21% artım) göstərici ilə Hindistan qərarlaşıb.
Hesabat ayında Azərbaycana ən çox səfər edən digər ölkə vətəndaşları üzrə statistik göstəricini təqdim edirik: