Azərbaycana qrip əleyhinə Fransadan vaksinlər gətirilib – RƏSMİbackend

Azərbaycana qrip əleyhinə Fransadan vaksinlər gətirilib - RƏSMİ

Payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma ehtimalı artır.

KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Əhali arasında profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi üçün nazirlik qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib.

Səhiyyə naziri Teymur Musayevin müvafiq Əmrinə əsasən, 2025-ci il oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*