Azərbaycanda 1 qramı 5,6 manata satılır – RƏSMİ AÇIQLANDIbackend

Azərbaycanda 1 qramı 5,6 manata satılır – RƏSMİ AÇIQLANDI

Azərbaycanda arıçılıq məhsullarının orta satış qiyməti açıqlanıb.

KONKRET.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda 32 933 arıçılıq təsərrüfatında 656,1 min arı ailəsi mövcud olub.

Bu ailələrdən 7 445,9 ton bal, 174,1 ton mum, 19,1 ton vərəmum, 23,4 ton güləm və 379,1 kq arı südü əldə edilib.

Balın 1 kiloqramının orta satış qiyməti 26,7 manat, mumun – 14,7 manat, vərəmumun – 91,0 manat, güləmin – 131,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,6 manat olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*