Azərbaycanda 100-dən çox “Qazel” istehsal olundubackend

Azərbaycanda 100-dən çox "Qazel" istehsal olundu

Hacıqabul Sənaye məhəlləsində yerləşən avtomobil zavodunda 7 ay ərzində 100-dən artıq “Qazel” markalı yük avtomobili istehsal edilib.

KONKRET.az xəbər verir ki, zavodun illik istehsal gücü 1000 avtomobil təşkil edəcək. Zavodda “Qazel”, “Qazel Biznes”, “Qazel Next” avtomobillərin modelləri və xüsusi təyinatlı texnika istehsal edilir. Maşınların qiymətləri 17 min – 130 min manat aralığında dəyişir.

Və nəhayət, bir neçə gün bundan öncə zavodda minik avtomobili və avtobus istehsalının yeni xəttini işə salınıb.

Yeni istehsal xəttində isə Özbəkistanın “UzAvtoSanoat” şirkəti ilə birgə və ABŞ-ın “General Motors” şirkəti ilə əldə olunan sazişə əsasən, “Şevrolet” minik avtomobillərinin, İSUZU pikap və avtobuslarının yığılması həyata keçiriləcək. Pikapların qiyməti 50-70 min, avtobusların qiyməti isə 70-120 min manat arasında olacaq. Yeni xəttin istehsal gücü 5 min “Şevrolet” avtomobilinin və minədək avtobus və pikapın yığılmasına imkan verəcək.

Qeyd edək ki, gələcəkdə “General Motors”un razılığı ilə Azərbaycandan Türkiyəyə avtomobil ixracı planlaşdırılır. Həmçinin, Azərbaycanda bu avtomobillər üçün ehtiyat hissələrin istehsalı ilə bağlı da razılıq əldə olunub./axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*