Azərbaycanda 1000 nəfər karantindədirbackend

Azərbaycanda 1000 nəfər karantindədir

Koronavirus artıq dünyanın 187 ölkəsində aşkar olunub, təxminən 300 min əhali virusa yoluxub, 13 mindən çox adam vəfat edib.

KONKRET.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib. O, bildirib ki, fevral və mart ayında əsasən bu virus ölkəyə idxal olunurdu, yəni vətəndaşlar bu virusa xarici ölkələrdə yoluxub qayıdırdı:

“İndi isə artıq ölkə daxilində də virusa yayılma baş verir. Ona görə daha ciddi tədbirlərin görülməsi tələb olunur. Heç bir ölkənin səhiyyə sistemi bu virusa tam hazır deyildi. Hətta bəzi ölkələrdə yalnız ağır vəziyyətdə olanlar müalicə olunurdu. Virusa yoluxan təxminən 15-20 faiz xəstə oksigen terapiyası, 5 faizində isə  ağciyərlərin süni ventilyasiyana ehtiyac olur. Ölkəmizdə virusa qarşı dərman preparatları, əlavə qoruyucu vasitələr alınır. Virusdan qorunmaq üçün ilk növbədə şəxsi gigiyenaya önəm vermək lazımdır. Əllər tez-tez yuyulmalı və spirt tərkibli məhlullar vurulmalıdır. Eybi zamanda vətəndaşlar sosial izolyasiya tədbirlərinə diqqət göstərilməlidir”.

Səhiyyə naziri yaşı 65-dən çox olan vətəndaşların evdən çıxmasına qadağa qoyulması məsələsinə də aydınlıq gətirib. O, bildirib ki, bu qərar yaşı 65-dən yuxarı olan tibb işçilərinə aid deyil:

“Yaşı 65-dən yuxarı olan tibb işçiləri  öz vəzifə borcunu yerinə yetirəcək. Bu qərar tək olan vətəndaşlar üçün nəzərdə tutulub”.

Nazir müavininin sözlərinə görə, Azərbaycan hazırda karantində olanların sayı təxminən 1000 nəfərdir. Virusa yoluxanlar əsasən 29-50 yaş arası olan insanlardır. Virusa yoluxanlardan təxminən 30-u xaricdə virusa yoluxub gələnlərdir, digərləri ölkə daxili yoluxmaya tutulanlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*