Azərbaycanda bədbəxt hadisə: su çəninin altında qalıb öldübackend

Azərbaycanda bədbəxt hadisə: su çəninin altında qalıb öldü

Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

KONKRET.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun İmirli kəndində qeydə alınıb.

Belə ki, S.Yaqubovun həyətində işləyən 1984-cü il təvəllüdlü qonşusu Kamran İbrahim oğlu Məmmədov ehtiyatsızlıqdan su çəninin altında qalıb.

Nəticədə K.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*