Azərbaycanda BƏDBƏXT HADİSƏ: üç uşaq suda boğularaq öldübackend

Azərbaycanda BƏDBƏXT HADİSƏ: üç uşaq suda boğularaq öldü

Cəlilabadda bədbəxt hadisə olub.

KONKRET.az xəbər verir ki, hadisə Gülməmmədli kəndində baş verib.

Suvarma üçün olan su bəndinin yanında şəkil çəkdirən üç azyaşlı oğlan suya yıxılaraq boğulub.

İlkin məlumata görə, ölənlərdən ikisi 14-15 yaşlı qardaşlar olub, digəri isə 7 yaşlı qohumları olub.

Hazırda uşaqların cəsədlərinin sudan çıxarılması və kimliklərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür./Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*