Azərbaycanda bəzi məktəblərdə dərslər onlayn olacaq – Səbəbbackend

Azərbaycanda bəzi məktəblərdə dərslər onlayn olacaq – Səbəb

“Formula 1” zamanı bəzi məktəblərdə tədris 1 həftə onlayn formada keçiriləcək.

KONKRET.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.

Nazir bildirib ki, 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi, Elitar gimnaziya və digər mərkəzə yaxın müəssələrdə tədris 1 həftə distant formada təşkil ediləcək:

“Biz bu müəssisələrin siyahısını elan edəcəyik. Bu qərar bütün məktəblərlə bağlı deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*