Azərbaycanda bu kənd digər rayona verildi – QƏRARbackend

Azərbaycanda bu kənd digər rayona verildi - QƏRAR

Parlament “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.

KONKRET.az xəbər verir ki, qanun layihəsi haqqında Regional komitənin üzvü Səftar Mehbaliyev məlumat verib.

O deyib ki, qanun layihəsinə dəyişiklik Şərur rayonunun Dəmirçi kəndi ilə bağlıdır:

“Bu kənd Şərur rayon mərkəzindən 15 kilometr uzaqda yerləşir. Bu kəndin sakinləri rayon mərkəzindən arayış almaq üçün 30 km yol qət etməli olur. Bu, təkcə vaxt almır, eyni zamanda maliyyə itkisi deməkdir. Kənd faktiki olaraq Sədərək rayonuna yaxındır. Təklif edilir ki, bu kənd Sədərək rayon inzibati ərazisinə daxil edilsin”.

Akademik İsa Həbibbəyli qanun layihəsini dəstəkləyib və bildirib ki, bu addım Sədərək rayonun imkanlarını genişləndirəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bu dəyişiklikdən sonra parlament həmçinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanuna texniki dəyişiklik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*