“Bakcell” və “Nar” şəbəkəsində texniki nasazlıq aradan qaldırıldı – YENİLƏNİBbackend

“Bakcell” və "Nar" şəbəkəsində texniki nasazlıq aradan qaldırıldı - YENİLƏNİB

Bu gün axşam saatlarında “Nar” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

KONKRET.az  xəbər verir ki, bu barədə “Nar” şirkətindən bildirilib.

Qeyd olunub ki, şəbəkə xidmətlərində yaranan çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb.

xxx

Bu gün axşam saatlarında “Bakcell” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə  “Bakcell” şirkətindən bildirilib.

19:45

Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

KONKRET.az  xəbər verir ki, “Bakcell” şirkətinin PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova bildirib ki, texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür.

“Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, – şirkət rəsmisi vurğulayıb.

19:37

Azərbaycanda bəzi mobil operatorların işində problemlər yaranıb.

KONKRET.az xəbər verir ki, artıq 1 saata yaxındır ki, “Bakcell” və “Nar” mobil operatorunda şəbəkə itib, zəng vurmaq mümkün deyil.

Sözügedən şirkətlərdən problemin nədən qaynaqlandığı ilə bağlı rəsmi açıqlama yoxdur.

  • Mais
    Sentyabr 22, 2022 - 08:49

    Bütün günü öz abunəçilərinə nasazlıq barədə dərhal xəbər verib hörmət etməyən “narmobayl”a ar olsun!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*