Azərbaycanda bu şəhərlərin də baş planı HAZIRLANACAQbackend

Azərbaycanda bu şəhərlərin də baş planı HAZIRLANACAQ

Dövlət Şəhərsalma və Arxitertura Komitəsi İsmayıllı şəhərinin, Lənkəran rayonundakı Liman şəhərinin və Xaçmaz rayonundakı Xudat şəhərinin baş planlarının hazırlanması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

KONKRET.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “EL & EN” Firması, “İntegris” MMC və Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Layihə İnstitutudur (“Azərdövlətlayihə”).

Qaliblərə müvafiq olaraq 178 min manat, 154 min manat və 168 min manat, ümumilikdə isə 500 min manat ödəniləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*