Azərbaycanda COVID-19-dan ölüm faizi açıqlandı – RƏSMİbackend

Azərbaycanda COVID-19-dan ölüm faizi açıqlandı - RƏSMİ

Azərbaycanda koronavirusa yoluxma üzrə ölüm faizi 1,1-dir.

KONKRET.az xəbər verir ki, ölkədə koronavirusa yoluxduğu qeydə alınan 187 336 nəfərin 2 050-si dünyasını dəyişib ki, bu da virusa yoluxan hər 1 000 nəfərdən 12-nin vəfat etməsi deməkdir.

Dünyada ümumilikdə bu günə qədər təxminən 75 milyona yaxın insan koronavirusa yoluxma qeydə alınıb, onlardan 1,6 milyondan artıq insan vəfat edib. Bu isə o deməkdir ki, dünyada yoluxanların ölüm faizi 2,2-dir.

Azərbaycanda koronavirusa ümumi yoluxma sayı 187 336 nəfər təşkil edir. Onlardan 122 859 nəfəri artıq sağalıb, 62 427 aktiv xəstə var. İndiyə qədər virusa yoluxan 2 050 nəfər vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*