Xaçmaz rayonunda 42 yaşlı kişinin cinsi orqanının kəsilməsilə bağlı təfərrüatlar məlum olub.
KONKRET.az oxu.az-a istinadən bildirir ki, tərəflər arasında mübahisə bir il əvvəldən başlayıbmış.
Kənd sakinlərinin bildirdiyinə görə, xəsarət yetirilən şəxs bir il əvvəl 1994-cü il təvəllüdlü Səbuhi ilə mübahisə edib və ona zor tətbiq edib. Həmin şəxs özündən 10 yaş balaca olan Səbuhini bağ sahəsində tutaraq onu döyüb və ailəsinə qarşı ağır ifadələr işlədib. Səbuhi isə bu barədə polisə şikayət etməyib. Amma tərəflər arasında münaqişə davam edib.
Hadisədən 1 il sonra – mayın 14-də Səbuhi gecə saatlarında spirtli içki qəbul edəndən sonra həmin şəxsdən qisas almaq qərarına gəlib. O, evindən bıçaq götürərək hadisə yerinə gəlib və həmin şəxsi evindən çağırıb. 42 yaşlı Xaçmaz sakini evindən çıxarkən Səbuhi onu arxadan tutub. Zərərçəkmiş şəxsin müqavimətini görən Səbuhi ona boynundan bıçaq zərbəsi endirib. Kişi yerə yıxılandan sonra isə Səbuhi “sənə demişdim ki, məni söy, ailəmə dil uzatma” deyərək bıçaqla onun cinsi orqanını kəsib. Hadisə yerini tərk edən Səbuhi polisə təslim olub və cinayəti etiraf edib.
Xatırladaq ki, hadisə Xaçmaz rayonunun Fərzəlioba kəndində baş verib.
***
Xaçmaz rayonunda 42 yaşlı kişinin cinsi orqanı kəsilib.
KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Fərzəlioba kəndində baş verib.
Hadisəni törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Səbuhi Mahmudov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, 1983-cü il təvəllüdlü kişi ilə mübahisə edib və nəticədə həmin şəxsin cinsi orqanını kəsib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov faktı təsdiqləyib.
O bildirib ki, mayın 14-də saat 23 radələrində Xaçmaz rayonunda 31 yaşlı S.Mahmudov aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı 42 yaşlı M. Şixmuradova kəsici alətlə xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.