Azərbaycanda DƏHŞƏT: Atasını döyərək öldürdübackend

Azərbaycanda DƏHŞƏT: Atasını döyərək öldürdü

Bakıda oğul atasını döyərək xəsarətlər yetirib, döyülən şəxs xəstəxanada ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətindən bildirilib ki, hadisə yanvarın 8-də Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

Qəsəbə sakini İbrahim İbrahimov döyülməsi nəticəsində aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. O, huşsuz vəziyyətdə olduğu üçün dindirilməsi mümkün olmayıb.

Polisin apardığı araşdırmalarla məlum olub ki, oğlu, əvvəllər məhkum olunmuş Azər İbrahimov sərxoş vəziyyətdə atasını döyüb. İ.İbrahimov yanvarın 12-də xəstəxanada ölüb. Polisin keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.İbrahimov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*