Xaçmazın Arzu qəsəbəsində yaşayan bir ailənin beş üzvü dəm qazından zəhərlənib.
KONKRET.az report-a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü İsayev Eldar Polad oğlu, 1972-ci il təvəllüdlü İsayev Yasəmən Mahmud qızı, 1988-ci il təvəllüdlü Musazadə Ayşən Əbil qızı, 2019-cu il təvəllüdlü Musayev Ömər Polad oğlu və 2021-ci il təvəllüdlü Musayev Fateh Polad oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.