Azərbaycanda DƏHŞƏT: Kişi arvadını bıçaqlayaraq öldürdü, sonra özünə qəsd etdibackend

Azərbaycanda DƏHŞƏT: kişi arvadını bıçaqlayaraq öldürdü, sonra özünə qəsd etdi

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində 1998-ci il təvəllüdlü Cəfərov Yadigar Hüseynalı oğlu öz həyat yoldaşını bıçaqlayaraq öldürüb. Daha sonra özü özünü bıçaqlayıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*