Azərbaycanda dəhşətli avtobus qəzası: Ölən və yaralananlar varbackend

Azərbaycanda dəhşətli avtobus qəzası: Ölən və yaralananlar var

Cəlilabadda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda yaralı var.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatı, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*