Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu – MTRŞ-dən QƏRARbackend

Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu - MTRŞ-dən QƏRAR

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

KONKRET.az-a MTRŞ-dən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımının bərpa olunması məsələsi də müzakirə olunub.

Bildirilib ki, yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 1 sentyabr 2020-ci ildən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*