Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 730,2 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə KONKRET.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 54,4%, kimya sənayesi məhsullarının istehsalı 7,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 2,3% artıb.
Kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 22,7%, karbamid istehsalı 4,4%, rezin və plastik kütlə məmulatlarından plastmas, çubuklar, millər və profillər istehsalı 48,9%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 37%, sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 1,3% artıb, polietilendən kisə və çantalar istehsalı isə 34,4% azalıb.