“Azərbaycanda elə bir qurum yoxdur ki, orada DTX-nın əməliyyatına ehtiyac olmasın” – Partiya sədri + VİDEObackend

“Azərbaycanda elə bir qurum yoxdur ki, orada DTX-nın əməliyyatına ehtiyac olmasın” – Partiya sədri + VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gömrük Komitəsində ötən gün keçirdiyi əməliyyat və yüksək rütbəli məmurların saxlanılması ölkədə korrupsiya və rüşvətə qarşı sərt tədbirlər görüldüyünü bir daha sübuta yetirir. Lakin təəssüflər olsun ki, bəzi harın məmurlar bu həbslərdən nəticə çıxarmaq istəmir. Bəs görəsən Gömrükdə həyata keçirilən əməliyyatlar qurum rəhbərinin həbsi ilə yekunlaşa bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycanda korrupsiyaya və korrupsionerlərə qarşı mübarizə gedir: “Mütəmadi olaraq həbslərin şahidi oluruq. Sadəcə olaraq elə bir sistem qurmaq lazımdır ki, kimsə istəsə belə, korrupsiyaya bulaşa bilməsin. Bunun üçün isə kadr siyasətinə yenidən baxılmalı, qohumluq əlaqələrinə malik şəxslərin dövlət qurumlarında təmsil olunmaları qadağan edilməlidir”.

Sərdar Cəlaloğlu: “Qadının özbaşınalıq hüququ yoxdur, ərə tabe olmalıdır” - VİDEO

Sərdar Cəlaloğlu Gömrük şefi Səfər Mehdiyevin həbs olunacağını düşünmədiyini deyib: “Hələ də köhnə rəhbərliyin adamları Gömrük Komitəsində qalmaqdadır. Düşünürəm ki, bu adamları həbs etməklə kifayətlənəcəklər. Gömrük Komitəsinin ləğv olunmasına və ya hansısa nazirliyin tabeliyinə verilməsinə gəlincə, burada məsələ strukturdan yox, kadrdan gedir. Korrupsiya və rüşvətxorluğa kadrlar yol açır. Guya Gömrük Komitəsi başqa bir nazirliyin nəzdində fəaliyyət göstərsə, orada korrupsiya olmayacaq?. Ona görə də, biz məsələni köklü həll etməliyik”.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanda elə bir qurum yoxdur ki, orada DTX-nın əməliyyatına və cinayətkar dəstənin ifşasına ehtiyac olmasın. İcra Hakimiyyətlərində, ayrı-ayrı nazirliklərdə, Komitələrdə korrupsiya sistemləri var və bu cür əməliyyatların keçirilməsi zəruridir.

Müşviq Tofiqoğlu,

KONKRET.az    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*