Azərbaycanda əmək müqavilələrinin sayı AÇIQLANDIbackend

Azərbaycanda əmək müqavilələrinin sayı AÇIQLANDI

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 339 553 vahid yaxud 24,2 % artaraq bu il dekabrın 1-nə 1 741 468 olub.

Bu barədə KONKRET.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması”, şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində mümkün olub.

Belə ki, 3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 287 572 vahid artaraq 827 494 təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*