Bakıda oğurluq və dələduzluqda şübhəli bilinən 5 şəxs saxlanılıb.
KONKRET.az DİN-ə istinadla xəbər verir ki, 3 nəfərin dələduzluq yolu ilə ümumilikdə 14 min manatdan çox pul vəsaitinin ələ keçirməsi barədə polisə məlumatlar daxil olub.
Əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı O.Qürbətli, 38 yaşlı Ə.Məhərrəmov və 45 yaşlı S.Cavadova müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində 2 şəxsin avtomobilindən mobil telefon və 480 manat dəyərində 4 ədəd təkər oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 32 yaşlı T.Maksimov və 38 yaşlı E.Kazımovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin olunub.