Milli Hidrometeorologiya Xidməti məlumat yaydıbackend

Milli Hidrometeorologiya Xidməti məlumat yaydı

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.

  • Haller
    Yanvar 23, 2025 - 21:00

    ….en yaxsisi siz hec bir proqnoz vermeyin…

  • Cavidan
    Yanvar 24, 2025 - 06:50

    Dəqiq bir kəlmə söz yoxdu. Əsasən,gözlənilir,ehtimal edilir…hayıf sizə ayrılan pullardan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*