Azərbaycanda əmtəəlik səmt qazı istehsalı azalıbbackend

Azərbaycanda əmtəəlik səmt qazı istehsalı azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın neft yataqlarından 7 444,22 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 3,1% azdır.

Dövlət Statistika Komitəsindən KONKRET.az-a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 1 829,45 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 4,1% azdır.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın neft yataqlarından 15 085,96 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,2% azdır. Ötən il Azərbaycanda istehsal edilən səmt qazının 3 565,2 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 15,75% azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*