Azərbaycanda əsir olan erməni snayper Livana təhvil verilib – RƏSMİ – YENİLƏNİBbackend

Azərbaycanda əsir olan erməni snayper Livana təhvil verilib - RƏSMİ - YENİLƏNİB

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı birləşmələri tərkibində döyüşən və Azərbaycana əsir düşən erməni əsilli muzdlu snayperçi qadın, Livan vətəndaşı Maral Nacaryan ölkəsinə qaytarılıb.

KONKRET.az xəbər verir ki, Beynəlxalq Qırımızı Xaç Komitəsinin iştirakı ilə snayper qadın Beyrutdakı evinə göndərilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşı İlahə Əliyeva Trend-ə açıqlamasında faktı təsdiqləyib.

Qurum rəsmisi bildirib ki, komitə münaqişə nəticəsində saxlanılan bir nəfərin öz ölkəsinə – Livana qayıtmasına yardımçı olub. Həmçinin komitə əməkdaşları həmin şəxs Azərbaycanda saxlanıldığı vaxtlarda ona baş çəkib və onun ailəsilə əlaqə saxlamaq üçün şərait yaradıb.

Xatırladaq ki, erməni əsilli Livan vətəndaşı M.Nacaryan ötən il noyabrın əvvəllərində Laçın rayonunun işğaldan azad edilməsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

***

10:08
Azərbaycanda əsirlikdə olan Livan və Ermənistan vətəndaşı, snayper Maral Nacaryan Beyruta qaytarılıb.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zohrabyan öz feysbuk hesabında məlumat verib.

“Maral Nacaryan bir neçə dəqiqə əvvəl Beyrutdakı evinə çatdı”,- deyə o qeyd edib.

“Mediaport” telegram kanalı isə erməni qadının geri qaytarılmasında Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienkonun səylərini vurğulayıb.

Xatırladaq ki, ötən ay Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının Azərbaycanda əsirlikdə olan Livan və Ermənistan vətəndaşı, snayper Maral Nacaryanla görüşdüyünə dair məlumat yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*