Azərbaycanda federasiyaya yeni vitse-prezident seçildibackend

Azərbaycanda federasiyaya yeni vitse-prezident seçildi

Azərbaycan Üzgüçülük Federasiyasına (AÜF) yeni vitse-prezident seçilib.

Federasiyanın Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, bu gün İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.

Toplantıda federasiyanın 2024-cü ildə fəaliyyət planı, artıq keçirilən yarışlar, nəzərdə tutulan yerli və beynəlxalq turnirlərdə azərbaycanlı idmançıların iştirakı müzakirə olunub.

Gündəlikdə olan digər məsələ federasiyanın vitse-prezidentinin seçilməsi olub. AÜF-ün prezidenti Xanlar Fətiyev bu vəzifəyə Tamerlan Abdullazadənin namizədliyini irəli sürüb. Müzakirələrdən sonra komitə üzvləri T.Abdullazadənin namizədliyini yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, T.Abdullazadə buna qədər federasiyanın baş katibinin müavini vəzifəsində çalışıb.

(Report)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*