Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət tenderin qalibi olub, 49 min pul aldı… – FOTOFAKTbackend

Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət tenderin qalibi olub, 49 min pul aldı… – FOTOFAKT

Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.

KONKRET.az yeniavaz.com-a istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Viper” MMC olub.

“Viper” MMC Gəncə Dövlət Universitetinin sifarişi əsasında abadlaşdırma işləri görəcək və bunun qarşılığında 49 min 95 manat 1 qəpik alacaq.
Qeyd edək ki, kotirovka sorğusu 12.04.2021-ci il tarixində elan olunub. Elanda bildirilib ki, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 12.04.2021-ci il saat 16:00-dan – 16.04.2021-ci il saat 12:00-dək qəbul olunur.

Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, qalib şirkət “Viper” MMC sənəd qəbulu başa çatdıqdan 7 gün sonra – 24.04.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 30 manat olan “Viper” MMC–nin hüquqi ünvanı Nəsimi rayonu, Dilarə Əliyeva, ev 225, m 54-də yerləşir. MMC-nin qanuni təmsliçisi Həşimova Ayşən Əlizal qızıdır.

Maraqlı məqamlardan biri də odur ki, Gəncə Dövlət Universiteti bu cür qeyri-adi tender müsabiqəsini əvvəllər də keçirib. Belə ki, ötən il Gəncə Dövlət Universiteti “Bazar Trade Rave” MMC-yə “Yumşaq İnventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” üçün 195 min 798 manat ödəyib. “Bazar Trade Rave” MMC tender müsabiqəsinin başlamasından təxminən bir ay sonra dövlət qeydiyyatına alınıb. Gəncə Dövlət Universiteti 17.03.2020-ci il tarixində tender müsabiqəsinə başlayıb. “Bazar Trade Rave” MMC isə bir ay sonra 14.04.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.

  • Fikrət Hacıyev
    İyun 15, 2021 - 02:37

    Respublika Prezidentinə 19.05.2021 tarixli müraciətimin surəti: Möhtərəm Prezident! Artıq uzun illərdir müəllim işlədiyim GDU-da tələbələrdən rüşvət almadığım üçün və yaxşı dərs keçməyə çalışdığım üçün rüşvətlə saxta elmi adlar almış “alimlər” tərəfindən təqiblərə məruz qalıram. 2011-ci ilin sonunda seçkidə mənə səs vermədiklərinə görə 17 ay işsiz qaldım və 52, 29 sutkalıq aclıq aksiyalarından sonra işə bərpa oluna bilsəm də, itirilən əmək haqqım üçün uzun müddət məhkəmələrdə süründüm. Halbuki Xocalı soyqırımından sonra könüllü Milli Orduya gedən tək GDU əməkdaşıyam və Heydər Əliyevin təşəbbüsü ilə MEİ-nin elektron texnikası fakültəsinə oxumağa göndərilmiş, oranı 1982-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm. Tələbə illərində adım bir neçə dəfə Heydər Əliyevin çıxışlarına da düşmüşdü. Bu zaman hamının bildiyi bir həqiqətin şahidi oldum, prokurorluq və məhkəmə sistemimiz boğazına qədər korrupsiya bataqlığında çabalayır. Rüşvətsiz heç nəyə nail olmaq mümkün deyil. 12.02.2020 tarixində Gəncə Prokuroru Azad Qarayevin adına ərizə ilə müraciət edib bildirdim ki, 08.02.2020 tarixində alt qrupda imtahana belə gəlməyən tələbələr əvəzinə kafedra müdirim öz xətti ilə səhv cavablar yazıb, yoxlamaq üçün mənə təqdim etmişdir. GDU məmurlarından rüşvət alan Azad Qarayev bu ərizəmə indiyə kimi heç bir cavab verməyib. Baş Prokurorluqda onun cinayət ortaqları isə 10-dan çox müxtəlif tarixli, amma eyni 04/4813 qeydiyyat nömrəli məktubla mənə cavab veriblər ki, bu ərizəmə 2012-ci ildə baxılıb (yəqin Azad Qarayevin “zaman maşını” var, aldığı rüşvətin məbləği o qədər böyükdür ki, yəqin buna onun pulu çatıb). DTX-nın Gəncə şöbəsinə gedib, tələbələr Gültac Həsənova və Jalə Əhmədlinin 08.02.2020 tarixində hansı ölkədə olmasının yoxlanılmasını xahiş etsəm də, məni oradan qovub, bir də ora gəlməməyimi tapşırdılar. Bütün bunlar azmış kimi, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı həmin tələbələrin ata adlarını bilmədiyimi dəqiqləşdirəndən sonra mənə surətini müraciətimə əlavə etdiyim pdf fayla cavab verdi. Orada yazılır ki, Həsənova Gültac Həsən qızı və Əhmədli Jalə Nazim qızının xarici pasportları yoxdur. Göründüyü kim Aydın Səfixanlı bilərəkdən ata adlarını başqa göstərmişdir ki, ona lazım olan cavabı alsın. Hörmətli Aydın Səfixanlının şübhəli hərəkətləri, onun Gəncə Prokuroru və Baş Prokurorluq əvəzinə mənə cavab verməklə, təhlükəsizlik yastığı rolu oynaması sübut edir ki, Ombudsman Aparat rəhbəri də Gəncə DTX rəisi kimi korrupsiya zəngirinin halqasına çevrilmişdir. Müraciətimə əlavə olunan Aydın Səfixanlının üç cavabı kifayətdir ki, Respublikamızda bütün Dövlət orqanlarının istisnasız korrupsiya sisteminə xidmət etdiyi görünsün.Möhtərəm Prezident! İlin axırında yenə seçkim olacaq və ağır cinayət törətmiş GDU məmurları yenə mənə səs verməyəcəklər. Qəribə şərait yaranıb GDU-da, rüşvətxor və rüşvətlə saxta elmi adlar almış “alimlər” Xocalı soyqırımından sonra könüllü Milli Orduya gedən tək GDU əməkdaşını pensiya yaşına çatmamış işdən qovub, rüşvət almayan müəllimi cəzalandıracaqlar. İndiyə kimi GDU-da baş verən cinayətlər barəsindən Sizə yüzlərlə şikayət yazsam da, onlardan birinə də cavab almamışam. Ona görə xahiş edirəm indi heç olmasa bu müraciətimə cavab verin, Baş Prokuror, DTX-nın Gəncə rəisi, Gəncə Prokuroru və GDU rektoru kimi Siz də korrupsiya tərəfdarısız, yoxsa yox? Əgər korrupsiya tərəfdarı deyilsinizsə, onda 7538 nəfərin imzaladığı bu petisiyaya niyə reaksiya vermirsiniz? http://chng.it/Hg9dRVCyWg Niyə Respublikanın ikinci böyük şəhərinin prokuroru mütləq rüşvətxor olmalıdır? Niyə Baş Prokurorluq bu rüşvətxor Prokuroru müdafiə etmək üçün fırıldaqlara əl atır? Niyə Ombudsman Aparatının rəhbəri günahsız həbs olunanları deyil, rüşvətlə günahkarları həbsdən qurtaran məmuru müdafiə edir? Ən nəhayət niyə Gəncə DTX -rəisi cürət edib, rüşvətxor Prokuroru müdafiə edir? Ümid edirəm bu məsələləri aydınlaşdırmaq üçün DTX rəisi Əli Nağıyevə göstəriş verəcəksiniz ki, bu məsələlər ciddi araşdırılsın. P.S. Əgər Siz də korrupsiyanı dəstəkləyirsinizsə, onda Xocalı soyqırımından sonra olduğu kimi kəfənimi də götürüb, korrupsiya rejiminə qarşı mübarizəyə qalxası olacam. Müraciətimin surətini uyğun Dövlət qurumlarına, mətbuata və sosial şəbəkələrə də göndərirəm. P.P.S. Dəfələrlə şikayətlərimə görə öldürülməklə hədələnməyimi nəzərə alıb, bu müraciətimi də cavabsız qoymayın.

Fikrət Hacıyev üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*