Azərbaycanda hava kəskin dəyişir: QAR YAĞACAQbackend

Azərbaycanda hava kəskin dəyişir: QAR YAĞACAQ

Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı proqnozlar diqqət çəkir. Belə ki, sentyabrın 10-dan güclü leysan yağışları, şimşək və hətta dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Bildirilir ki, temperatur sentyabrın 15-dək 5-10 dərəcə enəcək, güclü külək əsəcək. Bu cür erkən hava dəyişikliyi isə qışın tez gələcəyi barədə müəyyən suallar doğurur. 

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, Qafqaz regionu, o cümlədən Azərbaycan keçid iqlim zonasında yerləşdiyinə görə bəzən payızın əvvəlində qışa xas olan hava şəraiti müşahidə oluna bilər:

“Yüksək dağlıq ərazilərdə sentyabrda sulu qar və ya qarın düşməsi tam normaldır. Bu, mütləq qışın tez gələcəyinə işarə etmir. Çünki çox vaxt belə hadisələr qısamüddətli soyuq hava dalğaları ilə bağlı olur. İqlim dəyişmələrinin müxtəlif səbəbləri var. Əsas amil qlobal istiləşmədir. Atmosferdə istixana qazlarının (CO₂, CH₄) artması nəticəsində ümumi temperatur yüksəlir. Bu isə paradoksal olaraq həm daha isti yaylara, həm də kəskin və qəfil soyuq dalğalarına yol açır. Çünki iqlim sistemində tarazlıq pozulur, Arktikadan gələn soyuq, tropikdən gələn isti hava axınları daha nizamsız hərəkət etməyə başlayır”.

Ekoloq qeyd edib ki, soyuq havaların vaxtından əvvəl başlaması mümkündür:

“Bəzən Arktika antisiklonları cənuba doğru sürüşərək havanı bir neçə günə kəskin soyuda bilir. Lakin bu, bütövlükdə qışın tez gəlməsi demək deyil. Çox vaxt bu cür erkən soyuqlar müvəqqəti olur, sonra yenidən mülayim hava qayıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*