Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzi yaradılacaqbackend

Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzi yaradılacaq

Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub.

KONKRET.az xəbər verir ki, bunu bu gün keçirilən İƏT-in xarici işlər nazirlərinin Toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu mərkəz Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatının (UNİDO) Davamlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin bir hissəsi olaraq yaradılır”, – nazir bildirib.

Bundan başqa, M. Çavuşoğlu, İƏT-in Ticarət və İnkişaf Bankının (ECOBANK) dəstəyə ehtiyacı olan digər mühüm qurum olduğunu bildirib: “Bankın institusional və maliyyə imkanları artırılmalıdır. İƏT-in bütün üzvlərini banka qoşulmağa dəvət edirik”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*