Azərbaycanda kişi arvadını övladının gözü önündə QƏTLƏ YETİRDİ – YENİLƏNİBbackend

Azərbaycanda kişi arvadını övladının gözü önündə QƏTLƏ YETİRDİ - YENİLƏNİB

Prokurorluq Bərdə rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan KONKRET.az-a daxil olan məlumatda deyilir:

“Sentyabrın 6-ı saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

***

 16:59
Bərdə rayonunda kişi arvadını öldürüb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib.

Belə ki, Tural Mustafayev ailə-məişət zəminində arvadı Təranə Mustafayevanı ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.

Hadisə baş verən zaman cütlüyün övladları da orada olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*