Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərə ŞAD XƏBƏRbackend

Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərə ŞAD XƏBƏR

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev həkimlərin sığortalanması məsələsinə münasibət bildirib.

KONKRET.az-ın məlumatına görə, o, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında bildirib ki, sığortalanma məsələsi aidiyyəti qurumlarla müzakirə edilib:

“Həkimlər koronavirusla mübarizədə yoluxma riski ilə üz-üzə qalırlar. Onlara iş yerində bədbəxt hadisədən sığortalanma tətbiq edilə bilər. Aidiyyəti qurumların bu barədə təkliflərlə çıxış etməsini gözləyirik”.

“Bu, ilkin olaraq müzakirə olunub və müsbət qarşılanıb. Yaxın zamanda tətbiqinə başlanıla bilər”, – deyə sədr qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*