Azərbaycanda meyitdən orqan köçürülməsi prosesinə din xadimləri də cəlb olundubackend

Azərbaycanda meyitdən orqan köçürülməsi prosesinə din xadimləri də cəlb olundu

“Azərbaycanda bu il yanvarın 1-də meyitdən orqan köçürülməsinə dair qanun qüvvəyə minib. Qanundan irəli gələn məsələlərin həlli üçün etika komissiyası yaradılıb”.

KONKRET.az report-a istinadən xəbər verir ki, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev xroniki böyrək çatışmazlığı mövzusunda danışarkən deyib.

Onun sözlərinə görə, hazırda məsələnin sosial-hüquqi bazası yaradılır:

“Din xadimləri də artıq bu işə cəlb olunub. Yaxın zamanlarda bu baza yaradılacaq və sonra meyitdən orqan köçürülməsi aktiv sürətdə həyata keçiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*