Azərbaycanda oğul həbsdə olan atasına narkotik apardıbackend

Azərbaycanda oğul həbsdə olan atasına narkotik apardı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ixtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

KONKRET.az xəbər verir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan Kənan Saday oğlu Əzimova Abşeron rayon, Xırdalan şəhərində yaşayan oğlu Əzimov Ələkbər Kənan oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan gödəkçənin cibində gizlədilmiş bir ədəd kağız bükülüdə ümumi çəkisi 0,179 qram olan narkotik maddə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sözügedən maddə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmanı özündə ehtiva edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*