backend

Azərbaycanda ölüm sayı 20 min nəfər artdı

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ötən il Azərbaycanda 75 647 nəfər həyatını itirib. Yəni əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,6 təşkil edib.

KONKRET.az xəbər verir ki, 2019-cu ildə bu rəqəm 55 916 olub. Ümumiyyətlə, son 10 ilin göstəricilərinə nəzər saldıqda isə görürük ki, ölüm hallarının sayı 53-58 min arasında dəyişib. 2020-ci ildə isə birdən-birə təxminən 20 min civarında bir fərq yaranıb.

Məlum olduğu kimi, ölkəmiz 2020-ci ildə həm koronavirus bəlası, həm də müharibə ilə üzləşdi. Ölüm nisbətinin artmasında bu faktorların da müəyyən qədər rolu oldu. Belə ki, rəsmi rəqəmlərə görə, 2020-ci il dekabrın 31-dək pandemiya Azərbaycanda 2 641 insanın həyatına son qoydu. Müharibədə isə mülki əhali daxil olmaqla təxminən 3 min nəfər şəhid olub. Yerdə qalan 70 006 nəfərin ölüm səbəbi isə müxtəlifdir. Nəticə olaraq qeyd edə bilərik ki, ötən iki ilin ölüm göstəriciləri arasında pandemiya nəticəsində həyatını itirənləri və müharibədə şəhid olanları çıxmaqla 14 min civarında (14 090) fərq-artım mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*