Azərbaycanda “Pfizer” vaksini niyə qıtdır? – AÇIQLAMAbackend

Azərbaycanda “Pfizer” vaksini niyə qıtdır? - AÇIQLAMA

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesində əsasən “Sinovac” preparatından istifadə olunur. 5 növ vaksin arasından “Pfizer”ə üstünlük verənlərin istəkləri boşa çıxır. Poliklinika və xəstəxanada həmin vaksinin olmadığı, yaxud az olduğu deyilir, növbəyə yazılma tələb edilir.

KONKRET.az-ın məlumatına görə, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev yenisabah.az-a bildirib ki, bütün dünyada vaksin tələbatının artması ucbatından “Pfizer”dən hissə-hissə istifadə edirlər:

“Hazırda bütün dünya peyvənd axtarışındadır. Ola bilər ki, hazırda ölkəmiz istədiyi qədər “Pfizer” vaksini ala bilməyib. Buna görə də ondan hissə-hissə istifadə edirlər. Çünki hər bir insana 2 doza vurulur”.

Həkim “Pfizer”in saxlanılması üçün bütün xəstəxanalarda şəraitin olmadığını da nəzərə çatdırıb:

“Pfizer vaksinini saxlamaq üçün “soyuqzəncir” deyilən bir şey var. Səhv etmirəmsə, onu -70 dərəcə də saxlamaq lazımdır. “Sinovac”ın bütün xəstəxanalarda olmasının səbəbi isə onu müsbət 2 dərəcəyə qədər saxlamağın mümkünlüyüdür. Lakin “Pfizer” üçün dərin dondurucu lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*