Azərbaycanda qrantlarla bağlı vahid informasiya sistemi yaradıldıbackend

Azərbaycanda qrantlarla bağlı vahid informasiya sistemi yaradıldı

Azərbaycanda qrantlarla bağlı vahid informasiya sistemi yaradılıb.

KONKRET.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Qrant haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, qrantların reyestri Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada aparılacaq.

Qeyd edək ki, məqsəd qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir tələblərə cavab verən sistem formalaşdırmaq, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sistemi yaratmaq, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılmasını təmin etməkdir.

Xatırladaq ki, Nazirlər Kabinetinə mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*