Azərbaycanda seçicilərin sayı açıqlanıb.
KONKRET.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var: “Onların 3 milyon 005 min 121 nəfəri kişi (47,44%), 3 milyon 329 min 057 nəfəri isə qadındır (52,56%)”.
Qeyd edək ki, seçicilərin siyahısının dəqiqləşdirilməsi prosesinə yanvar ayından start verilib.