Azərbaycanda süni yağış yağdırılacaq – Tarix açıqlandıbackend

Azərbaycanda süni yağış yağdırılacaq – Tarix açıqlandı

2025–2027-ci illərdə Azərbaycanda süni yağış texnologiyasının inkişafı ilə bağlı üç mərhələdə tədqiqatlar aparılacaq.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, 2025-ci ilin sonuna kimi süni yağış texnologiyasının texniki-iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması planlaşdırılır.

2026-cı ildə bu sahədə pilot layihə həyata keçiriləcək və müvafiq ərazilər müəyyənləşdiriləcək.

2027-ci ildə isə süni yağış texnologiyası üzrə ilk pilot layihənin icrası nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*