Güləş üzrə veteran idmançı, SSRİ idman ustası, Əməkdar məşqçi Balabəy Ağakişiyev vəfat edib.
KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Şirvan şəhərində yaşayırdı və sərbəst güləşin inkişafı üçün bir çox xidmətləri olub.