Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Qərənfil Əhmədova vəzifəsindən azad edilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Qərənfil Qorxmaz qızı Əhmədova Cəlilabad RTŞ-nin müdiri vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, Q.Əhmədova 2019-cu ildən bu vəzifədə çalışırdı.
O, daha əvvəl Cəlilabad şəhər 8 saylı məktəb-liseyin direktoru vəzifəsində çalışıb.
Bununla yanaşı, Cəlilabad rayonunda Kürdlər kənd tam orta məktəbin direktoru Gözəl Şərifova, Komanlı kənd tam orta məktəbin direktoru Pənah Baxşəliyev və Alar kənd 1 nömrəli məktəbin direktoru Saməddin Kərimov da işdən azad edilib.
İlkin məlumatlara görə, direktorların işdən azad olunmasına səbəb isə Təhsil Nazirliyi tərəfindən məktəblərdə aparılan monitorinqlər zamanı sözügedən təhsil müəssisələrində nöqsanlar aşkarlanması olub.