Azərbaycanda ucuz qiymətə quraşdırma evlərin SATIŞI BAŞLAYIB – QİYMƏTbackend

Azərbaycanda ucuz qiymətə quraşdırma evlərin SATIŞI BAŞLAYIB - QİYMƏT

Azərbaycanda nisbətən ucuz qiymətə quraşdırma evlərin satışı başlayıb.

KONKRET.az  Marja-ya istinadən xəbər verir ki, belə evləri ölkədə tikinti-quraşdırma ilə məşğul olan şirkətlərdən biri təqdim edir.

Quraşdırma evlər iki formada – prefabrik və konteyner formasındadır. Prefabrik  – öncədən zavodda istehsal edilmiş hazır məhsuldur və Avropada, dünyanın inkişaf etmiş ölkələrində geniş yayılıb, Azərbaycanda da bu tip evlərə maraq artır.

100 kv.m prefabrik ev müştərinin torpaq sahəsində hazırlanır və 45-65 gün ərzində müştəriyə təhvil verilir. Prefabrik evlər monolit beton üzərinə qalvanizə edilmiş profillərlə quraşdırılır. Daha sonra evin divarları fibersement lövhələrlə üzlənir, sonra daş yunu ilə izolyasiya edilir. Evin dam örtüyü metal örtüklər və aksesuarla bağlandıqdan sonra təmir işlərinə start verilir. Daha sonra santexnika, elektrik xətləri, tavan və divar panellərindən istifadə edilərək evin interyer hissəsinin quraşdırılması həyata keçirilir.

100 kv.m evin qiyməti 35 min manatdan başlayır. Ev təmirıi şəkildə təhvil verilir. Təmir paketlərinə görə qiymət arta bilir.

Konteyner evlər isə iki formatda hazırlanır. Müştərinin torpaq sahəsində və  emalatxanada. Hər iki halda onlar hazır şəkildə yığılırlar. Konteyner evlər dəmir örtüklərdən və ya fibersement örtüklərindən istifadə edilərək 15 gün ərzində hazırlanıb müştəriyə təhvil verilir. Bu ən çox dağlıq ərazilərdə və ya bağ evlərində yaşayan müştərilərimizə təklif olunur. Konteyner evlər modul tiplidir, yəni onları bir müddətdən sonra bir yerdən başqa bir yerə daşımaq mümükündür. Burada müştərinin ziyanı sıfıra bərabərdir. Müştəri bir torpaq sahəsindən digər torpaq sahəsinə yaşadığı evi apara bilir. Prefabrik evdə də bu mümkündür. Sadəcə bu halda müəyyən zaman  çərçivəsində prefabrik ev yerindəcə sökülür və digər yerdə yenidən qurulur. Bu da müştəriyə əlavə xərc hesabına başa gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*