Azərbaycanda uşaqlar üçün “Gələcəyin pensiya fondu” tətbiq oluna bilərmi? – MARAQLI CAVABbackend

Azərbaycanda uşaqlar üçün "Gələcəyin pensiya fondu" tətbiq oluna bilərmi? - MARAQLI CAVAB

Almaniyada koalisiya hökuməti 6-18 yaş arası uşaqlar üçün yeni pensiya planı üzərində işləyir. Bəs Azərbaycanda doğulan hər uşaq üçün “gələcəyin pensiya fondu”nu yaratmaq mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda bu ideyanın Azərbaycanda həyata keçirilməsi real görünmür.

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

“Gələcəyin pensiya fondu Yaradıla bilməz. Çünki ilk öncə Almaniya kimi güclü iqtisadiyyat qurmaq lazımdır. Ondan sonra sosial layihələrə geniş vəsait ayırmaq mümkün ola bilər. Almaniyanın iqtisadiyyatı çox güclüdür. Dünyanın ən böyük beş iqtisadiyyatı sırasında yer alır və ən çox ixrac edən ölkələrdən biridir. Ona görə də bu cür iri sosial layihələri reallaşdırmaq gücünə malikdir. Azərbaycanda isə bu məsələ yaxın gələcəkdə gündəmə gətirilməyəcək”, – deyə iqtisadçı vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*